Çay bazarında aparılan araşdırmanın nəticələri

Çay bazarında aparılan araşdırmanın nəticələri
  21 Noyabr 2022    Oxunub:516
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb.
Bu barədə AzVision.az Dövlət Xidmətinə istinadən xəbər verir. Araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC və “Best-Tarım” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edilir ki, Dövlət Xidməti araşdırma apararkən “Antiinhisar fəaliyyəti haqqında” Qanuna və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına əsaslanır.

AzVision.az



Teqlər:





Xəbər lenti