Rusiya bu ölkələrə neft ixracını dayandıracaq

   Rusiya bu ölkələrə neft ixracını dayandıracaq
  22 Noyabr 2022    Oxunub:634
Rusiya, neftinə qiymət maksimumu təyin edən ölkələrə ixracı dayandıracaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak deyib. O bildirib ki, əvəzində Rusiya neftin istiqamətini bazar tərəfdaşlarına yönəldəcək və ya hasilatı azaldacaq.

O, əlavə edib ki, enerji resurslarına məhdud qiymət tətbiqi, eləcə də enerji sektorunun siyasiləşdirilməsi ancaq enerji çatışmazlığına və enerji təchizatında problemlərə gətirib çıxara bilər.

Qeyd edək ki, G7 ölkələri Rusiya nefti üçün müəyyən edilmiş qiyməti sabah, noyabrın 23-də açıqlamaq niyyətindədir.

G7 və Aİ tərəfindən dəstəklənən qiymət maksimumu, neft müəyyən olunmuş səviyyədən yuxarı satıldığı təqdirdə şirkətlərə Rusiya neftinin daşınmağı, sığortalamağı, vasitəçilik və maliyyə xidmətləri göstərməyi qadağan edəcək.

Müttəfiqlər daha əvvəl, hələ Rusiya -Ukraynaya müharibəsi başlamazdan qabaq Rusiya neftinə hasilat xərcləri səviyyəsində (40-60 dollar) qiymət maksimumunu müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti