Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə - FOTO

   Amerikalı tədqiqatçılar Xudafərin körpüsündə -    FOTO
  22 Noyabr 2022    Oxunub:878
Bir qrup amerikalı tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.
AzVision.az xəbər verir ki, onların arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da yer alıb.

Doran Xudafərin körpüsünün qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Xudafərin körpülərindən birində günorta çayı içdik”.

Amerikalı qonağın bu paylaşımı maraqla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Mayk Doranın paylaşımını son günlər yaşanan gərginlik fonunda İrana mesaj kimi qiymətləndirirlər.




AzVision.az


Teqlər:





Xəbər lenti