"Nağdsız əməliyyatlarda qaytarılan ƏDV 20 faiz olsun" - Deputat

   "Nağdsız əməliyyatlarda qaytarılan ƏDV 20 faiz olsun" -     Deputat
  22 Noyabr 2022    Oxunub:773
Azərbaycanda gələn il üçün nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV-nin 15 faizdən 20 faizə qaldırılması təklif edilib.
AzVision.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O qeyd edib ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.

“Biz nağd ödənişlərə görə geri qaytarılan məbləği 5 faiz azaldırıq, nağdsız əməliyyatlara görə, vəsaiti 2,5 faiz artırıq. Yaxşı olardı ki, nağdsız əməliyyatlara görə nəzərdə tutulan vəsaiti də 5 faiz, yəni 15 faizdən 20%-ə artıraq. Bu halda biz plastik kartlardan istifadəni daha çox stimullaşdıra bilərik”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti