Sarıbabada aşkarlanan minalarla bağlı Müdafiə Nazirliyindən açıqlama

   Sarıbabada aşkarlanan minalarla bağlı Müdafiə Nazirliyindən açıqlama
  22 Noyabr 2022    Oxunub:663
Sarıbabada aşkarlanan minalarla bağlı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

Qeyd edək ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi aşkarlanıb. Minalar Ermənistanda istehsal edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti