“Nokia Lumia 520” insan həyatı xilas edib - Foto

“Nokia Lumia 520” insan həyatı xilas edib - Foto
  12 May 2014    Oxunub:1182
Smartfon fövqəladə hallarda tez-tez əvəzsiz kömək göstərir. Belə smartfonlardan biri "Nokia Lumia 520" Braziliyada polis əməkdaşını silahlı insident zamanı ölümdən xilas edib.

AzVision.az xəbər verir ki, Braziliyada bir polis əməkdaşı xidməti vəzifəsi bitdikdən sonra formasını yumaq üçün Ararakuara şəhərində yerləşən valideynlərinin evinə gəlir. Evə daxil olduqda polis əməkdaşı valideynlərinin iki soyğunçu tərəfindən girov götürüldüyünü görür.

Polisin əlində formanı görən soyğunçular dərhal ona atəş açıblar. Silahlı soyğunçuları görən polis iş başında olmadığı üçün dərhal qaçmağa başlayıb. Cinayətkarlar daha iki atəş açıblar. Güllələrdən biri yan keçdiyi halda, digəri isə "Nokia Lumia 520" telefonu olan arxa cibinə dəyib.

Bu hadisədən sonra "Lumia 520" tamamilə dağılıb. Adı açıqlanmayan polis əməkdaşı və onun ailəsi heç bir zərər görməyib. Amma ilkin məlumatlara görə, evi tərk etməzdən əvvəl, cinayətkarlar mobil telefon, saat, zərgərlik məmulatları və pul oğurlamağa müvəffəq olublar. San-Paulo ştatının polisi isti izlərlə soyğunçuları tapmağa çalışsa da, bu mümkün olmayıb.

Qeyd edək ki, "Nokia Lumia 520"nin qiyməti keçən ilin payızında Cənubi Amerikada 100 dollar olub.(inter.az)

Qalereya




Teqlər:





Xəbər lenti