“Siyasi Partiyalar haqqında” qanuna 66 düzəliş edilib

O bildirib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak ediblər. Qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyır. Bu baxımdan yeni qanun layihəsi hazırlanıb.
“Əsas təkliflər daha çox rəqəmlərə yönəlib. Təkliflər var idi ki, bir sıra məsələlərdə zaman artırılsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis və ləğv edilməsi, qeydiyyatdan, reyestrdən keçməsi üçün müddətlərlə bağlı düzəlişlər edilib.
Ümumilikdə qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”, - deyə Əli Hüseynli vurğulayıb.
AzVision.az
Teqlər: