"Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir" - Vuçiç

Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir.
“Biz Serbiya-Bolqarıstan arasında interkonnektorun inşasına çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik. Biz müvafiq transmissiya məsələlərini müzakirə etmişik. Bu, nəhəng bir layihədir. Qara dənizin altından çəkiləcək boru xətti bir çox ölkələri əlaqələndirəcək və bizim enerji müstəqilliyimizi təmin edəcək”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
AzVision.az
Teqlər: