Yaddaşı gücləndirən qidalar

Balıq - beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.
Qaragilə - antioksidan maddəsi ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.
Tünd şokolad - yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.
Balqabaq - əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.
Çuğundur - tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. Altsheymer xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.
Kərəviz - E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.(medicina.az)
Teqlər: