Bakıda tək yaşayan yaşlı qadın vəfat edib

1956-cı il təvvəllüdlü Mirzəyeva Mülayim Əvəz qızı yaşadığı binanın həyətinə düşərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qadın mənzildə tək yaşayıb.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
Teqlər: