AzVision.az xəbər verir ki, “Politico” qəzeti bu barədə Avropa İttifaqının rəsmi nümayəndələrinə istinadla məlumat yayıb. Qeyd olunub ki, Polşa qiymət tavanının 30 dollar səviyyəsində olmasını istəyir. Polşa neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməyə çalışır. Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir.
Qeyd edək ki, bir müddət öncə RF Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarükü dayandırmaqla hədələyib.
AzVision.az