"Penalti qərarı hakimin Ronaldoya hədiyyəsi idi"

   "Penalti qərarı hakimin Ronaldoya hədiyyəsi idi"
  25 Noyabr 2022    Oxunub:615
Qana millisinin baş məşqçisi Otto Oddo DÇ-2022-nin ilk turunda Portuqaliya ilə oyunda qapılarına verilən penalti qərarına etiraz edib.
AzVision.az xəbər verir ki, o, 2:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında həmin epizodu məğlubiyyətin səsəblərindən biri kimi göstərib:

"Penalti epizoduna qədər yaxşı oyun keçirirdik. Məncə, penalti çox səhv qərar idi. Buna məyus olduq. Biz düzgün futbol oynayırdıq, amma hakim doğru qərar vermədi. Bilmirəm, VAR niyə işə düşmədi. Heç bir izahat da olmadı. Dünya səviyyəli komanda ilə hesabda geri olaraq oynamaq çətindir".

Baş məşqçi penalti qərarının görüşün baş hakimi İsmail Elfatın (ABŞ) rəqib futbolçusu Kriştiano Ronaldoya hədyyəsi olduğunu bildirib: "Kimsə qaydalar çərçivəsində qol vursa, təbrik edərəm. Amma bu, həqiqətən hədiyyə idi. Hakimin Ronaldoya hədiyyəsi".

Xatırladaq ki, Ronaldo Qanaya penaltidən vurduğu qolla tarixi rekorda imza atıb. O, 5 dünya çempionatında qol vuran ilk futbolçu olub.

AzVision.az


Teqlər:





Xəbər lenti