"SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün"

   "SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün"
  25 Noyabr 2022    Oxunub:1421
Azərbaycanda SMA xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edilib.
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir çıxış edib.


O bildirib ki, rəsmi statistikaya görə, ölkədə həmin xəstəlikdən əziyyət çəkən 28 uşaq var.

O qeyd edib ki, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaratmış olur: “SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. Artıq həmin xəstəliyin ineksiya yolla müalicəsi mümkündür. Bir ineksiya da 2 milyon dollara başa gəlir".

AzVision.az


Teqlər:





Xəbər lenti