"Qadınlar zorakılıq hallarını gizli saxlayırlar"

   "Qadınlar zorakılıq hallarını gizli saxlayırlar"
  25 Noyabr 2022    Oxunub:685
"Bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media müstəvisində adI altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur.

S.Qəhrəmanova qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin və medianın rolunu yüksək qiymətləndirib və preventiv tədbirlər görülməsini vacib hesab etdiyini bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti