"Bu il qeydə alınan cinayətlərin 6,9%-ni qadınlara qarşı zorakılıq təşkil edib"

   "Bu il qeydə alınan cinayətlərin 6,9%-ni qadınlara qarşı zorakılıq təşkil edib"
  25 Noyabr 2022    Oxunub:455
2022-ci ilin 9 ayında Azərbaycanda 3945 münaqişəli ailə qeydiyyata götürülüb.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” media müstəvisində adı altında keçirilən tədbirdə deyib. O bildirib ki, bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib.

"Cinayətlərin qarşısının alınması, açılması istiqamətində adekvat tədbirlər davam etdirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti