FHN-dən Gəncədəki izdihamla bağlı açıqlama - VİDEO

“Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir.
Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.
Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.
AzVision.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar. Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub.
AzVision.az
Teqlər: