"Pirşağı, Nardaran və Maştağa qəsəbələrində qadınlar zorakılıqdan danışmağa qorxurlar"

   "Pirşağı, Nardaran və Maştağa qəsəbələrində qadınlar zorakılıqdan danışmağa qorxurlar"
  25 Noyabr 2022    Oxunub:866
"Bakı şəhəri üzrə məişət zorakılığı ilə bağlı halların 40 faizi Sabunçu rayonunda qeydə alınıb. Sonrakı yerlərdə Binəqədi və Yasamal rayonları gəlir".
AzVision.az xəbər verir ki, bunu Sabunçu rayon icra başçısının müavini Rəna Fərəcova "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media müstəvisində adı altında keçirilən tədbirdə deyib.

O qeyd edib ki, 2021-ci ildə Sabumçu rayonunda məişət zorakılığı ilə bağlı 67 müraciət daxil olsa, 2022-ci ilin 10 ayında bu rəqəm 83 olub.

"Onlarsan 71-i xanım, 12-si kişilər olub. Ötən il icra hakimiyyətinə 91 ailə nikahın pozulması ilə bağlı müraciət etmişdi. 2022-ci ildə bu rəqəm 64 olub. Bu faktların 90 faizi zorakılıq halları ilə müşayiət olunur.

Sabunçu rayonunda 370 mindən çox əhali yaşayır. Onların işərisində təhsildən yayılanlar, məişət zorakılığına məruz qalan və erkən evliliyə cəlb olunan uşaqlar çoxdur".

R.Fərəcova qeyd edib ki, Sabunçu rayonunda bələdiyyələrin nəzdində yeni qutular yerləşdirilib.

"Pirşağı, Nardaran, Maştağa qəsəbələrdə qadınlar zorakılıq faktlarını açıq deməyə, harasa müraciət etməyə çəkinirlər. Ancaq onlar həmin qutulara anonim müraciətləri ata bilər. Bu müraciətlərə gün ərzində baxılıb, reaksiya veriləcək.

2022-ci ilin 10 ayında məişət zorakılığı iıə bağlı Sabunçu rayonundakı bələdiyyələrin nəzdindəki komissiyalara 33 müraciət daxil olub. Ən çox müraciət Balaxınadan olub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti