"Ötən il 100 manata aldığımız ərzaq indi 125 manatdır" - Zahid Oruc

   "Ötən il 100 manata aldığımız ərzaq indi 125 manatdır" -    Zahid Oruc
  25 Noyabr 2022    Oxunub:1746
"2022-ci ildə yarım kiloqramlıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı. Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda 65 faiz, ən az Norveçdə 8 faiz bahalaşıb".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. Deputat bildirib ki, əslində qiymətlər həm də su, elektirk enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib:

"FAO təşkilatı dünyada qiymət artımının 2023-cü ildə də davam edəcəyini bildirir. Dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104, Bolqarıstanda 95 və Yunanıstanda 89 kiloqramdır. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək".

Z.Oruc eyd edib ki, yaşadığımız ildə minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edirdi:

"Məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqısının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir. Ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artıb".

AzVision.az


Teqlər:





Xəbər lenti