Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

      Azərbaycan Prezidenti:    “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
  25 Noyabr 2022    Oxunub:2288
Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında bildirib.

"Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”, - deyə Dövlət başçısı bildirib.


AzVision.az


Teqlər: Brüssel   Bakı  





Xəbər lenti