"Zorakılığa məruz qalan qadınlar problemlərini gizlədirlər"

   "Zorakılığa məruz qalan qadınlar problemlərini gizlədirlər"
  25 Noyabr 2022    Oxunub:782
"Bu gün zorakılığa məruz qalan qadınlar mühafizə orderləri almaq üçün müraciət etmir, problemlərini gizlədirlər. Bu vacib məqamdır".
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, buna görə sonradan baş vermiş cinayətlərin qarşısını almaq olmur:

"Əgər qadınlar zorakılığı gizli saxlamasa, onu açıqlamaqdan çəkinməsə, müraciət etsə, onunla bağlı barədə tədbirlər görülər. Mühafizə orderi üçün müraciət edən hər bir qadın onunla təmin olunur. Mühafizə orderinin gecikdirilməsi məsələsinə gəlincə, bununla bağlı icra hakimiyyətləri tərəfindən nəzarət olmalıdır. Polis tərəfindən yalnız istintaqda olan mühafizə orderləri verilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti