"Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi gözlənilir"

  "Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi gözlənilir"
  25 Noyabr 2022    Oxunub:992
Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır”, - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti