Deputat Azərbaycan səhiyyə sistemini tənqid etdi

   Deputat Azərbaycan səhiyyə sistemini tənqid etdi
  25 Noyabr 2022    Oxunub:647
“Reallıq budur ki, pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu nə dərəcədə ədalətlidir?”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bu mexanizmi həll etmək lazımdır:

"Onsuz da bu insanların böyük əksəriyyəti bizim normal səhiyyə sistemimizin olmamasına görə və yaxud da sağlamlıqla bağlı müəyyən problemlərlə bağlı dünyasını dəyişir. Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb. Şəkər, ürək xəstəliyindən əziyyət çəkən insanlar dünyasını vaxtından əvvəl dəyişirlər. Kimin ki, pulu yoxdur, Türkiyəyə, Avropaya müalicəyə gedə bilmir. Azərbaycanda keyfiyyətli müalicə olunmadığına görə həyatını itirirlər”.

AzVision.az


Teqlər:





Xəbər lenti