Şahin Bağırov Horadizdə vətəndaşları qəbul edib

Şahin Bağırov Horadizdə vətəndaşları qəbul edib
  25 Noyabr 2022    Oxunub:615
Bu gün Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
AzVision.az -ın komitəyə istinadən verdiyi məlumata görə, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərinin əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.



AzVision.az


Teqlər:





Xəbər lenti