"Ukraynanı dəhşətli qış gözləyir" - Stoltenberq

   "Ukraynanı dəhşətli qış gözləyir" -    Stoltenberq
  25 Noyabr 2022    Oxunub:581
"Ukraynanı dəhşətli qış gözləyir, bu dövr Amerika və Avropa üçün də çətin olacaq. Lakin Rusiya öz məqsədlərinə çatarsa, NATO daha böyük bədəl ödəyəcək".
Bunu cümə günü NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 29-30-da Buxarestdə nazirlərin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Ukraynanı dəhşətli qış gözləyir. Amerika və Avropa üçün də çətin vaxt olacaq. Amma Rusiya qalib gəlsə, biz daha böyük bədəl ödəməli olacağıq. Ona görə də NATO Ukraynaya dəstəyi artırmaqda davam etmək niyyətindədir. Biz geri çəkilməyəcəyik”, - Stoltenberq bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti