Qeyri-qanuni erməni silahlılarının kvadrokopteri ələ keçirilib

 Qeyri-qanuni erməni silahlılarının kvadrokopteri ələ keçirilib
  26 Noyabr 2022    Oxunub:841
Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti