Serbiya 2023-cü ilidən Azərbaycandan elektrik enerjisi alacaq

"Bütün ilkin şərtlər yerinə yetirilərsə, Serbiya yanvar ayından Azərbaycandan elektrik enerjisi idxalına başlamalıdır. Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi ilə bağlı qalan məsələlərlə bağlı danışıqlar aparılır", - Cedoviç qeyd edib.
Qeyd edilir ki, 2022-ci il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında telefon danışığından sonra Serbiya dövlət başçısının ofisi Belqradın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcəyini bəyan edib.
AzVision.az
Teqlər: Serbiya Azərbaycan Enerji