İspaniya Almaniya ilə heç-heçə etdi
E qrupunda Bakı vaxtı ilə saat 14:00-da Yaponiya Kosta-Rika ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Saat 23:00-da İspaniya Almaniya ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.
F qrupunda Belçika Mərakeşlə qarşılaşıb. Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Xorvatiya Kanada ilə üz-üzə gəlib. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.
AzVision.az
Teqlər: