AZƏRTAC-ın yeni rəhbəri Vüqar Əliyev kimdir? - DOSYE

Qeyd edək ki, mediaya bağlı sahədə bu ad-soyadla bir neçə Vüqar Əliyev olduğundan jurnalistlər arasında çaşqınlıq yaranıb.
Bəs AZƏRTAC-ın yeni rəhbəri kimdir, əvvəllər harada çalışıb? AzVision.az -ın məlumatına görə, Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.
V.Əliyev əvvəllər AZƏRTAC-da çalışıb. O, bir neçə il Dövlət İnformasiya Agentliyində Siyasət şöbəsində bölmə müdiri vəzifəsini tutub. Daha sonra Heydər Əliyev Fondunda çalışıb.
Xatırladaq ki, AZƏRTAC-ın sabiq rəhbəri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad olunub.
AzVision.az
Teqlər: