Xarici ölkələrdə məhkumluğu olanlarla bağlı qanuna dəyişiklik edilib

   Xarici ölkələrdə məhkumluğu olanlarla bağlı qanuna dəyişiklik edilib
  29 Noyabr 2022    Oxunub:453
Cinayət Məcəlləsində qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir.
AzVision.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 11-ci (əvvəlki qərarlar) maddəsinin icrası məqsədi ilə hazırlanıb. Konvensiyanın 11-ci maddəsinə əsasən, hər bir tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti