Sentyabr şəhidinin körpəsi xəstəxanadan evə buraxılıb

   Sentyabr şəhidinin körpəsi xəstəxanadan evə buraxılıb
  29 Noyabr 2022    Oxunub:442
Vətən müharibəsinin şəhidi, gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb.
AzVision.az xəbər verir ki, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı jurnalistlərə açıqlamasında bildirib ki, şəhidin övladı noyabr ayının 25-də doğulub: "Körpənin çəkisi 2 kq 900 qramdır. Dörd gün nəzarətimizdə olub, aktiv qidalanır, səhhəti yaxşıdır. Bu gün evə buraxılır və yaxın 2 həftə müddətində nəzarətimizdə qalacaq".



AzVision.az



Teqlər:





Xəbər lenti