"Bizə separatçı yox, sülh yaradanlar lazımdır” - Siyavuş Novruzov

   "Bizə separatçı yox, sülh yaradanlar lazımdır” -    Siyavuş Novruzov
  29 Noyabr 2022    Oxunub:663
Milli Məclisin Regional komitəsi Rusiya Dövlət Dumasının Regional komitəsinə müraciət hazırlayıb.
AzVision.az xəbər verir ki, bunu komitənin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda minlərlə toponimimizin adı dəyişdirilib.

“Belə olan halda sentyabr ayından bu yana Azərbaycan ərazisində müvəqqəti yerləşdirlən Rusiya sülhməramlılarının Azərbaycan toponimlərinin adını təhrif edərək, separatizmə dəstək verməsi düzgün deyil. Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə sülh yaradanlar lazımdır, separatçı deyil”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti