Uşaqları cinsi istismar edən şəxs valideynlik hüququndan məhrum ediləcək

   Uşaqları cinsi istismar edən şəxs valideynlik hüququndan məhrum ediləcək
  29 Noyabr 2022    Oxunub:513
Valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək. Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti