“Düyməni səhv basmışam, nəzərə alın”

   “Düyməni səhv basmışam, nəzərə alın”
  29 Noyabr 2022    Oxunub:664
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə edilərək qəbul olunub.
AzVision.az xəbər verir ki, birinci oxunuşda qanun layihəsinin lehinə 95 deputat səs verib, bir nəfər isə bitərəf qalıb. Layihəyə bitərəf qalan deputat isə Erkin Qədirli olub.

Lakin E.Qədirli səsvermədən daha sonra spikerdən söz alaraq səhv düyməni basdığını bildirib: "Mən səsvermədə yanlış düyməni basdım. Komitədə hamı bilir ki, mən əleyhinə səs vermişdim. Bu, mənim yanlışımdır, diqqətsizliyimdir. Xahiş edirəm ki, protokolda əks olunsun ki layihənin əleyhinə səs vermişəm. Mümkündürsə."

Sahibə Qafarova isə qeyd edib ki, bu, çox ciddi məsələdir: "Xahiş edirəm, yazılı sürətdə yazıb verərsiniz"

AzVision.az


Teqlər:





Xəbər lenti