Əli Əsədov Tatarıstan Prezidenti ilə görüşüb

Əli Əsədov Tatarıstan Prezidenti ilə görüşüb
  29 Noyabr 2022    Oxunub:595
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti