TƏBİB bıçaqlanan nənə və nəvənin vəziyyətini açıqladı

   TƏBİB bıçaqlanan nənə və nəvənin vəziyyətini açıqladı
  30 Noyabr 2022    Oxunub:491
Xəzər rayonu, Buzovna qəsəbəsində ötən gün baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, yaralanan 3 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

“Xəsarət alan 1971-ci il təvəllüdlü R.Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 1945-ci il təvəllüdlü Ş.Muradovanın vəziyyəti ağır, 1997-ci il təvəllüdlü E. Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində baş verib. Nəticədə 83 yaşlı Elbrus Muradov və oğlu 51 yaşlı Rahil Muradov aldıqları bıçaq xəsarətlərindən ölüb, 77 yaşlı Şahirə Muradova və 25 yaşlı nəvəsi Elbrus Ağalarov isə yaralanıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin şəxsin axtarışları davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti