Əjdər Tağızadə: "Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb"

      Əjdər Tağızadə:    "Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb"
  30 Noyabr 2022    Oxunub:528
"Ötən il yayda Azərbaycanda su problemi yaranmadı. Çünki dövlətin siyasəti buna yönəlmişdi. Lakin İranda su probleminə qarşı heç bir tədbir görülmədi".
Bu sözləri "Urmiya gölünün qurudulması" mövzusunda ictimai müzakirədə “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə söyləyib.

O bildirib ki, İranda çaylardan, göllərdən suların oğurlanması, Urmiya gölünün qurudulması, bu göldən uranın çıxarılması həyata keçirilir: "Digər tərəfdən bir sıra çayların qarşısı kəsilir, dövlət daxilində qarşıdurma yaradılır".

Ə.Tağızadə qeyd edib ki, Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb, onların qarşısı bu yollarla alınıb: "İndi isə İranda etirazların baş verməsi ilə insanların bütün fikirləri gölün qurudulmasından yayındırılır".

AzVision.az



Teqlər:





Xəbər lenti