Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürdü

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürdü
  30 Noyabr 2022    Oxunub:449
Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə AzVision.az -a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti