Təlimçilər - 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev və Layihələrin idarəolunması şöbəsinin əməkdaşları Kənan İbrahimov və Ruslan Zeynalzadə 4SİM-in fəaliyyəti, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat, rəqəmsal iqtisadiyyatda insan kapitalı barədə təqdimatla çıxış ediblər.
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Media nümayəndələrinə sertifikatları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli təqdim ediblər.


AzVision.az