"Çalışırıq ki, Əlisa Nicat təqaüd alsın. Başqa mütamadi yardımlar olmasa da, xırda dəstəklər olsun. İndi ümumiyyətlə, yazıçıların iqtisadi vəziyyəti yaxşı deyil, çətinlik çəkirlər. Çünki yazıçıların SSRİ zamanında kitabları çap olunurdu, qonorar alırdılar. Onun hesabına yaşıyırdılar. Əlisa Nicatın son illərdə Qanun nəşriyyatı kitablarını çox çap edib. Bildiyimə görə, nəşriyatdan aldığı qonorarlar da çox azdır. Bu problemi tək Əlisa Nicat yaşamır. Ona görə də cənab Prezident tərəfindən həm cavan, həm də yaşlı yazıçılara təqaüdlər nəzərdə tutulub. Biz də çalışacağıq ki, Əlisa Nicat da ondan bəhrələnsin”.
Qeyd edək ki, hazırda Ə.Nicatın maddi durumunun yaxşılaşdırmaq üçün kompaniya başladılıb. Onun adına kart hesabı açılıb. Yazıçıya kömək etmək istəyənlər istədikləri məbləği ora köçürə bilərlər.
6768 6771 7676 6289
Kapital bank

Şahanə Rəhimli
AzVision.az