Rusiya Baş Prokurorluğunun nümayəndələri Bakıda

Rusiya Baş Prokurorluğunun nümayəndələri Bakıda
  01 Dekabr 2022    Oxunub:600
Rusiyanın Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Bu barədə AzVision.az -a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində korrupsiya cinayətlərinin qarşısının alınması, korrupsiya yolu ilə əldə edilən aktivlərin aşkar edilməsi, onların olduğu yerin müəyyən edilməsi mövzusunda dəyirmi masanın və qanunsuz aktivlərin xaricə çıxarılmasının qarşının alınması və digər aktual mövzularda mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Noyabrın 30-da Baş prokuror Kamran Əliyev nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Baş prokuror ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb.

Səfər zamanı keçiriləçək tədbirlərin həm praktiki həm də nəzəri sahədə prokurorluq əməkdaşlarının inkişafına müsbət təsir göstərəcəyini bildirib. Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti