Prezident Qırğızıstanla imzalanmış iki sazişi təsdiqlədi

   Prezident Qırğızıstanla imzalanmış iki sazişi təsdiqlədi
  01 Dekabr 2022    Oxunub:515
Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib.
AzVision.az -ın xəbərinə görə, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, hər iki sənəd bu ilin oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti