Bu il 39 qadın məişət zorakılığının qurbanı olub

   Bu il 39 qadın məişət zorakılığının qurbanı olub
  01 Dekabr 2022    Oxunub:345
Bu ilin 9 ayında 1100-dən çox məişət zorakılığı cinayəti qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb:

"2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib. Bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

AzVision.az

Teqlər:







Xəbər lenti