Sabirabadda məktəbə istiliyin verilişi bərpa edildi - YENİLƏNİB

***
Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində şahirdlər istiliyin olmamasına etiraz ediblər. Onların "1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə şəkilləri sosial şəbəkələrdə yayılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Sabirabad rayonu Kolar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir: "Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır və ən geci sabah məktəbdə istilik bərpa olunacaq. Əlavə məlumat veriləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: