Buzovnada əri və oğlu qətlə yetirilərkən yaralanan qadın öldü

   Buzovnada əri və oğlu qətlə yetirilərkən yaralanan qadın öldü
  01 Dekabr 2022    Oxunub:767
Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.
AzVision.az xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilib. Basqın zamanı 1939-cu il təvəllüdlü Elbrus Muradov bıçaqlanaraq öldürülüb. Onun bıçaq xəsarətləri alan həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov xəstəxanaya yerləşdirilib.

Rahil Muradov həmin gün xəstəxanada ölüb.Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti