TƏBİB hamilə qadının ölümü ilə bağlı açıqlama yaydı

   TƏBİB hamilə qadının ölümü ilə bağlı açıqlama yaydı
  01 Dekabr 2022    Oxunub:749
Xəbər veriyimiz kimi, Bakının Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında 20 yaşlı hamilə qadın vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30 noyabr 2022-ci il saat 03:55-də çağırış daxil olub.

Rəsmi məlumata görə, briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb:

"Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib".

AzVision.az


Teqlər:





Xəbər lenti