"Ermənistana missiyanın göndərilməsi ATƏT mandatının pozulmasıdır" - Ceyhun Bayramov

 "Ermənistana missiyanın göndərilməsi ATƏT mandatının pozulmasıdır" -  Ceyhun Bayramov
  01 Dekabr 2022    Oxunub:1032
Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.
AzVision.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.

“Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq”,- deyə C.Bayramov əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti