Ötən ay KTM-ə 900 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 4-ü ölüb

   Ötən ay KTM-ə 900 nəfər zəhərlənmə ilə bağlı müraciət edib,    4-ü ölüb
  02 Dekabr 2022    Oxunub:677
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, onlardan 127-i nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya, 3-ü allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 2-si kişidir.

AzVision.az


Teqlər:





Xəbər lenti