Krım Luqansk və Donetski dəstəklədi

Krım Luqansk və Donetski dəstəklədi
  12 May 2014    Oxunub:1103
Luqansk və Donetskdə referendumun nəticələrinin tanınmaması üçün heç bir əsas yoxdur.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Krım Dövlət Şurasının sədrinin müavini Konstantin Baxarev bildirib.

“Demokratik ölkələrdə hakimiyyətin əsas mənbəyi xalqdır, ona görə də heç kiminin keçirilən referendumun nəticələrini tanımamağa mənəvi haqqı yoxdur. Biz Luqansk və Donetskdə keçirilən referendumun nəticələrini tamamilə tanıyırıq” – deyə Baxarev bildirib.

Onun sözlərinə görə, Krım vətəndaşları da analoji mərhələni keçib. O, həmçinin gələcəkdə referendumun keçirilməsi ilə bağlı təşəbbüsə Ukraynanın digər regionlarının da qoşulacağını istisna etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti