2022 -ci ilin dünyanın bahalı şəhərləri

 2022 -ci ilin dünyanın  bahalı şəhərləri
  02 Dekabr 2022    Oxunub:1214
2022-ci ildə yaşayışla bağlı ən bahalı şəhərlərin reytinqi açıqlanıb. Reytinqə Nyu-York və Sinqapur başçılıq edir.
AzVision.azxəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalının tərtib etdiyi reytinqdə məlumat verilib.

Siyahını tərtib edən "Economist Intelligence Unit" qeyd edib ki, son bir ildə 172 böyük şəhərdə qiymətlər 8,1% artıb. Bu, son 20 ildə jurnalın dünyada yaşayış minimumu ilə bağlı məlumat topladığı ən böyük rəqəmdir.

Mütəxəssislər hesab edirlər ki, belə sıçrayışa səbəb Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və Pekinin davamlı olaraq qapanma tətbiq etdiyi “sıfır covid” siyasətidir.

"Bu amillər təchizat zəncirlərində problemlərə və artan valyuta məzənnələri ilə birlikdə bütün dünyada yaşayış qiymətlərində böhrana səbəb oldu" - tədqiqat rəhbəri Upasana Dutt deyib.

İlk onluq belədir:
1. Nyu-York
2. Sinqapur
3. Tə-Əviv
4. Honkonq
5. Los-Anceles
6. Sürix
7. Cenevrə
8. San-Fransisko
9. Paris
10. Sidney və Kopenhagen


Tural Tağıyev
AzVision.az


Teqlər: Şəhər  





Xəbər lenti