Bakıda 15 yaşlı qız hamilə qaldı

   Bakıda 15 yaşlı qız hamilə qaldı
  02 Dekabr 2022    Oxunub:1066
Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti